-
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 27-dən 29-na kimi olan məzənnəsini açıqlayıb.
Rəsmi məzənnəyə görə, həmin 3 gündə bir dollar 1,6280 manata bərabər olacaq.
Avqustun 26-da da elə bir dollar 1,6280 manat olmuşdu.
Bu il martın 11-də bir dollar 1.6456 manatadək bahalaşmışdı. Ardınca manat bahalaşmağa başlamış, mayın 25-də bir dollar 1.4900 manata qədər düşmüşdü.
Artıq üçüncü aydır ki, manat dollara nisbətdə tədricən ucuzlaşır.
İstirahət və bayram günlərində adətən, məzənnəni sabit saxlanır.