Türkiyə millisi və "Qalatasaray" klubunun keçmiş futbolçusu Arif Erdem ölkədən qaçıb.
“Hürriyət” qəzetinin yazdığına görə, o iyulun 23-də Türkiyənin Ədirnə Sərhəd-Keçid Məntəqəsindən Yunanıstanın İpsal rayonuna keçib.
Qeyd edək ki, bir gün əvvəl, avqustun 24-də Arif Erdem barəsində həbs qərarı çıxarılıb.
O, 15 iyul qiyamının təşkilində ittiham olunan Fətullah Gülenlə bağlılıqda günahlandırılır.
1972-ci ildə İstanbulda doğulan Arif Erdem 13 il “Qalatasaray”da oynayıb, həmçinin millinin şərəfini qoruyub və 60 oyuna 11 qol vurub.
2005-ci ildə karyerasını başa vurduqdan sonra isə "Başakşehir" klubunda məşqçilik edib.
Qeyd edək ki, İstanbul Prokurorluğu dünən eyni iş üzrə aparılan istintaq çərçivəsində “Qalatasaray”ın daha 3 keçmiş futbolçusu Arif Erdem, Uğur Tütünəkər və İsmayıl Dəmiriz barəsində həbs qərarı çıxarıb.
Dəmirizin avqustun 24-də İstanbuldakı evində saxlandığı bildirilir.
Uğur Tütünəkərinsə ölkədə olmadığı bəlli olub.
Türkiyə məhkəməsi bundan əvvəl ölkə futbolunun canlı əfsanələrindən olan Hakan Şükür barədə də həbs qərarı şıxarıb.
O, hazırda ABŞ-da yaşayır.