Kabildə Amerika Universitetinə hücumda 12 nəfər ölüb

Hadisə yeri

-

Kabildəki Amerika Universitetinə hücumda yeddisi tələbə olmaqla, azı 12 nəfər həlak olub.Avqustun 25-də əfqan təhlükəsizlik qüvvələri hücumu təşkil etmiş iki silahlını öldürüb və bununla da universitetə 10 saat çəkən hücum bitib.

Hücum avqustun 24-də başlanıb, avtomobilə qoyulmuş bomba partladılıb. Hücum zamanı Bundan sonra yüzlərlə tələbə və fakültə binada qalıb.

Rəsmilərin sözlərinə görə, elit qüvvələr, ABŞ və NATO hərbi müşavirlərinin köməyilə binanı mühasirəyə alıb və içəri girə bilib. Atışma bütün gecəni davam edib.

Ölənlərdən üçü polis əməkdaşı, ikisi təhlükəsizlik əməkdaşlarıdır.

500-dən artıq tələbə xilas olunub, 35 tələbə və 9 polis əməkdaşı yaralanıb.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Bu dönəmdə Taliban silahlıları hökumətə qarşı yay döyüşlərini gücləndirib.