Kiyevdə hərbi parad keçirilib

Foto arxiv

Ukrayna avqustun 24-də müstəqillik gününü qeyd edir.

Ukraynanın Ali şurası 19991-ci il avqustun 24-də Sovet İttifaqından ayrılaraq müstəqilliyini bəyan edib.

Bu münasibətlə Kiyevin mərkəzindəki Maydanda hərbi parad keçirilib.

Tribunada 2014-cü il çevirilişində ölkədən qaçmış prezident Viktor Yanukoviçdən başqa bütün keçmiş prezidentlər iştirak edib.

Tədbirə Polşa prezidenti Anjey Duda da qatılıb.

İştirakçılar 1 dəqiqəlik sükutla Donbas münaqişəsində ölənlərin xatirəsini yad ediblər.

BMT-nin məlumatına görə 2014-cü ildən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə azı 10 min adam ölüb.

Kiyev və Qərb Rusiyanı separatçıların tərəfini saxlamaqda günahlandırırlar.

Moskva ittihamı rədd edir.