-
Tacikistan parlamenti yeni amnistiya qanununu qəbul edib. Qanunu ötən həftə Prezident Emomali Rahmon təqdim etmişdi.
Avqustun 24-də parlamentin aşağı palatası, Majlisi namoyandagon tərəfindən qəbul edilmiş qanun 12 mindən çox məhbusu əhatələyəcək.
3 mindən çox məhbus buraxılacaq, 4 mindən çox məhbus şərti cəzayla azadlığa çıxacaq, 5 mindən çox adamın cəzası azaldılacaq.
Qətl, terrorçuluq, dini ekstremizm və digər ağır sayılan cinayətlərdə məhkum olunanlar amnistiyaya düşmür.
Amnistiya Tacikistanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə təklif olunub. Bu tarix sentyabrın 9-da qeyd edilir.
Beynəlxalq insan haqları təşkilatları tacik hökumətini ölkədə narazılara qarşı antiterror qanunlarından istifadəyə görə tənqid edir.