Azərbaycan Henrix Agetyanı Ermənistana qaytardı

Illüstrasiya

-

Naxçıvan Muxtar Respublikası ərazisində saxlanan Ermənistan vətəndaşı avqustun 23-ü qarşı tərəfə qaytarılıb.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytı xəbər verir.

Bu il avqustun 7-də Ermənistan vətəndaşı, 62 yaşlı Henrix Sayrebekoviç Agetyanın Naxçıvan Muxtar Respublikasınınsərhədində saxlandığı bildirilirdi.
Komissiyanın yaydığı məlumatda onun Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarıldığı qeyd edilir.