Çinin Makao şəhərində ölkə tarixində ən bahalı kazinonun təntənəli açılışı olub.
Açılış mərasimində yüzlərlə adam iştirak edib.
Kazinonun yerləşdiyi rayon Çində bu cür oyunların icazə verildiyi yeganə yerdir.
Kazinonu Las-Veqas və Atlantik-Sitidə çoxlu otelləri və oyun evləri olan amerikalı maqnat Stiv Vinn tikib.
Makaodakı bu fəvvarəli və finikulyorlu kazinonun tikintisi ona 4 milyard dollara başa gəlib.
Amma bir sıra ekspertlər hesab edir ki, artıq nəhəng kazinoların ciçəklənən dövrü sona yetib.
Çində iqtisadi inkişafın gerilməsi, antikorrupsiya siyasətinin kəskinləşdirilməsi nəticəsində oyun evlərinin gəliri son 5 illik minimuma düşüb.
Amma hələlik Makaodakı kazinodan gələn pul, Las-Veqasın gəlirindən 5 dəfə çoxdur və Stiv Vinn əmindir ki, daha bir neçə elit hotelin açılışı Makaoya yeni həyat gətirəcək.