Türkiyənin baş naziri: 'Assad, hələlik, qala bilər'

Binali Yıldırım

Suriya prezidenti Bashar Assad keçid hökuməti dövründə hakimiyyətdə qala bilər.

Bunu avqustun 20-də Türkiyənin baş naziri Binalı Yıldırım bildirib.

B.Yıldırım deyib ki, Türkiyə qarşıdakı altı ayda Suriya böhranının nizamlanmasında fəal rol oynayacaq.

Baş nazir Suriyada keçid hökumətin formalaşmasından sonra Assad-ın prezidentlik postunu tərk etməli olduğunu da vurğulayıb.