Ukrayna prezidenti Petro Poroshenko bildirib ki, əgər Donbas və Krımla sərhəddə vəziyyət gərginləşsə, ölkədə hərbi vəziyyət elan edilə bilər.
O belə bir bəyanatla Lvov vilayətində hərbçilərlə görüşdə çıxış edib.
Poroşenko deyib ki, Ukrayna Rusiyanı danışıqlar masasına qaytarmaq istəyir və bu onun qəti mövqeidir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin, avqustun 10-da Krımda terror aktının qarşısını alması barədə yaydığı məlumatdan sonra, tərəflər arasında münasibətlər gərginləşib.
Kiyev ittihamı rədd edir.
2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 9 mindən çox adam ölüb.
Rusiya həmin il Krımı ilhaq edib.