Joe Biden Balkan ölkələrinə səfəri çərçivəsində Kosovoya baş çəkib

Joe Biden Kosovoda

Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden Balkan ölkələrinə səfəri çərçivəsində Kosovoya da baş çəkib.

O, Kosovoya səfəri zamanı mərhum oğlunun adını daşıyan küçənin açılışında iştirak edib.

Bidenin oğlu ötən ilbeyin xərçəngindən vəfat edib.

Delaver ştatının keçmiş prokuroru Bo Biden 1998-1999-cu illərdə Kosovoda işləyib, ATƏT üçün prokuror və hakimlər hazırlanmasına kömək edib.

Joe Biden Villa Soyeva şəhərində keçirilən açılış mərasimində çıxış edərkən qanunun aliliyinin ölkənin gələcəyinin təmin edilməsində vacib olduğunu qeyd edib.

Vitse-prezident qeyd edib ki, gələcək Biden nəsli daima Kosovoya gəlib Bo Bidenin abidəsini ziyarət edəcək.

“ Bu gündən başlayaraq 5, 10, 20, 60 il ərzində mənim nəvələrin, nəticə və kötücələrim, sizi əmin edirəm yeni doğulan hər bir Biden bura gəlib ataları, babaları və ulu babalarının abidəsini yad edəcəklər”.

Qeyd edək ki, Kosovo ABŞ-ı özünün xilaskarı sayır.

1999-cu ildə NATO-nun hava zərbələri əyalətə doğru irəliləyən Serbiya ordusunu dayandırdı və Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini bəyan elədi.

Joe Biden Kosovodan əvvəl qonşu Serbiyada olub, ölkə rəhbərliyi ilə danışıqlar aparıb.