Avqustun 17-də Türkiyənin Bosfor boğazında hərəkət dayandırılıb.
Buna səbəb yük gəmisi ilə patrul katerinin toqquşması olub.
Nəticədə kater cevrilib.
İstanbul valisinin məlumatına görə, 6 nəfər xəsarət alaraq xəstəxanaya düşüb.
Yerli mətbuat isə 1 nəfərin öldüyünü yazır.
İnsident Bosforun cənub hissəsində baş verib.
Nəqliyyat şirkətinin məlumatına görə Kuk Adası bayrağı altında üzən yük gəmisi Qara dənizə gedirmiş.
Sahil-mühavizə xidməti hadisə barədə əlavə məlumat verməyib.