FİFA-nın keçmiş prezidenti Joao Avelanj (Joao Havelange) avqustun 16-da 101 yaşında vəfat edib.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd edək ki, Avelanj 1974-1988-ci illərdə FİFA prezidenti olub.
O, Braziliyanın su polosu üzrə yığma komandasının tərkibində 1936 və 1952-ci illərdə Yay Olimpiya Oyunlarında iştirak edib.
Karyerasını bitirdikdən sonra 1955-1963-cü illərdə Braziliya Milli Olimpiya Komitəsi, 1963-2011-ci illərdə isə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub.