Biden Balkanlara gedir

Joe Biden

-

ABŞ-ın vitse-prezidenti Joe Biden avqustun 16-da Serbiyaya, ertəsi gün Kosovoya səfər edəcək.

Biden Serbiya Prezidenti Tomislav Nikolic və Baş nazir Aleksander Vucic-lə görüşəcək. Avqustun 18-də isə o, Priştinada Kosovo Prezidenti Hashim Thaci və Baş nazir Isa Mustafa il görüşlər keçirməlidir.

Ağ ev müzakirə olunacaq məsələləri, hələlik, açıqlamayıb.

Amma gözlənir ki, Biden hər iki ölkə liderlərini Avropa Birliyinin vasitəçiliyi ilə 2015-ci ildə əldə olunmuş razılaşmanı yerinə yetirməyə çağıracaq. Həmin razılaşma Serbiyayla Kosovo arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.

Kosovo 2008-ci ildə Serbiyadan ayrıldığını elan edib.

Biden vitse-prezident postunda sonuncu xarici səfərinə çıxıb. O, avqustun 22-də Türkiyədə olacaq. Ertəsi gün isə Latviyanın paytaxtı Riqada 3 Baltik ölkəsinin prezidentiylə görüşəcək. Avqustun 25-də Biden İsveçə gedəcək.