Peruda baş verən zəlzələ nəticəsində azı 4 nəfər ölüb, 20-dən çox adam xəsarət alıb.
Mülki müdafiə institutunun avqustun 15-də verdiyi məlumata görə yeraltı təkanların gücü 5,3 bal olub.
Azı 40 evin dağıldığı xəbər verilir.
Zəlzələ bazar günü yerli vaxtla saat 9:58 radələrində baş verib.