Futbol üzrə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Höteborq”la keçirəcəyi ilk görüşün hakimləri bəlli olub.
UEFA-nın məlumatına görə, görüşü polşalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Pavel Raçkovski olacaq.
Ona Radoslav Sneyka və Mihal Obukoviç kömək edəcək.
4-cü hakim isə Tomaş Kvyatklovski olacaq.
Avqustun 18-də İsveçdə keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu komandalar arasında Bakıda keçiriləcək cavab görüşü isə avqustun 25-i saat 20:30-da başlayacaq. Həmçinin Avropa Liqası pley-off mərhələsində keçiriləcək “Qəbələ” – “Maribor” (Sloveniya) görüşünün hakimləri bəlli olub.
Oyunu Aleksey Kulbakovun başçılıq edəcəyi belaruslu hakimlər briqadası idarə edəcək.
Ona Vitali Malyutin və Oleq Maslyanko kömək edəcəklər.
Dördüncü hakimi isə Denis Şerbakov olacaq.
Avqustun 18-də “Dalğa Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.