Keçmiş ingiltərəli futbolçu Dalyan Atkinson (Dalian Atkinson) polis tərəfindən öldürülüb.
BBC-nin məlumatına görə, insident gecə saat 01:30 radələrində Tefordun Trenc rayonunda baş verib.
Polis dava vaxtı 48 yaşlı keçmiş futbolçunu elektrik şoku ilə vurub və nəticədə o huşunu itirib.
Onu xəstəxanaya çatdırsalar da həyatını xilas eləmək mümkün olmayıb və saat 03:00 radələrində keçinib.
Keçmiş hücumçu 16 illik karyerası dövründə “Aston Villa”, “Real Sosyedad”, “Mançester Siti” və “Fənərbaxça”kimi klublarda çıxış edib.
O , “Fənərbaxça”da 1995-1997-ci illərdə oynayıb.