Prezident Sergey Şoyqunu qəbul edib

İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edir. 14.08.2016

Prezidenti İlham Əliyev avqustun 14-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTAC xəbər verir ki, prezident İlham Əliyev görüşdə Rusiya dövlət başçısı Vladimir Putinin avqustun 8-də Azərbaycana son səfərini xatırladıb. O qeyd edib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir.

İ. Əliyev həmçinin vurğulayıb ki, Rusiya Müdafiə nazirinin Azərbaycana səfəri hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılmasına töhfə verəcək.

Buna da bax: Çarın forpostu Gümri... (Qafqazda Rusiya bazalarının xəritəsi)

Xəbərdə qeyd edilir ki, S. Şoyqu da öz növbəsində iki ölkə arasında münasibətləri yüksək dəyərləndirib.

Rusiya Müdafiə naziri S. Şoyqu avqustun 14-də Azərbaycana gəlib.

Avqustun 15-i başa çatacaq səfər çərçivəsində Sergey Şoyqunun azərbaycanlı həmkarı Zakir Həsənovla da görüşü gözlənilir.

Görüşdə hərbi-texniki əməkdaşlıq, o cümlədən Dağlıq Qarabağ probleminin müzakirə olunacağı gözlənilir.

Buna da bax: Buna da bax: Rusiyanın ən uzunömürlü siyasiləri