Almaniyada miqrantlar «verbovka» olunur

Almaniyada Suriya qaçqınları, aprel, 2016

Almaniya təhlükəsizlik orqanları bildiriblər ki, ölkənin qaçqınlar məskunlaşan ərazilərində islam ekstremistləri miqrantları ələ almağa çalışır.

Məlumatlara görə, artıq 340-dan çox qaçqının islam yaraqlıları tərəfindən «verbovka» olduğu barədə xəbərlər var.

Hakimiyyət istisna etmir ki, «verbovka» olunanların sayı daha çoxdur, – Alman İnformasiya Agentliyi xəbər yayıb.

Buna da bax: Alman şirkətləri işçi axtarır, amma miqrantlara iş yoxdur

Ötən il Yaxın Şərqdən gələn 1 milyondan çox qaçqın Almaniyada sığınacaq axtarıb.

Avropa Birliyinin polis xidmətinin məlumatına görə, ötən il terrorçuluqla bağlı mindən çox adam saxlanıb, onların çoxu təqsirli bilinib.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Miqrantlar Serbiya sərhədini belə keçir