Prokuror Gevorg Gevorgyan Ermənistanın Gümrü şəhərində Avetisyan ailəsini qətlə yetirməkdə ittiham olunan Rusiya əsgəri Valery Permyakova ömürlük həbs cəzası istəyib.
Bu barədə İnterfaks agentliyi xəbər verir.
Gümrüdəki Rusiya bazasının hərbi-qarnizon məhkəməsi2015-ci il avqustun 12-də Permyakovu bazadan silah oğurlama və fərrarilikdə təqsirli bilərək 10 il azadlıqdan məhrum edib.
Ermənistanda isə o, ayrıca kütləvi qətl törətməkdə ittiham olunur.
O, Avetisyan ailəsini 2015-ci il yanvarın 12-də tabeçiliyində olan avtomat silahla qətlə yetirib.
Avetisyan ailəsinin qətli həmin ilin yanvarında Gümrüdə etirazlara səbəb olmuşdu.