-
Azərbaycan Mərkəzi Bankı manatın növbəti 3 günə, avqustun 13-dən 15-nə kimi məzənnəsini açıqlayıb.
Rəsmi məzənnəyə görə, istirahət günlərində və növbəti həftənin ilk günündə bir dollar 1,6102 manata bərabər olacaq.
Avqustun 12-də də bir dollar 1,6102 manat olmuşdu.
Son aylar bəzi həftə sonlarını və bayramlar ərəfəsini çıxmaqla manat dollara nisbətdə ardıcıl dəyər itirir.