Cavuşoğlu: "ABŞ-dan müsbət siqnallar var"

Mevlut Cavusoglu

Türkiyənin çağırdığı 208 diplomatdan 32-si hələ də azadlıqdadır və Ankarada olan məlumata görə onlar başqa ölkələrə qaçıblar.

Bunu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoglu avqustun 12-də Ankarada iranlı həmkarı Javad Zariflə keçirdiyi birgə mətbuat konfransında keçirib.

Nazir onların dəniz və hava yolları ilə başqa ölkələrə qaçdıqlarını və artıqbəzilərinin yerinin bəlli olduğunu bildirib.

O, həmin ölkələrlə danışıqlar aparıldığını deyib.

Çavuşoglu həmçinin 15 iyul çevirilişində ittiham olunan Fətullah Gülənin verilməsi ilə bağlı ABŞ-dan müsbət siqanallar olduğunu bildirib.

Nazir görüşdə qaz məsələsinin də müzakirə olunduğunu və ölkəsinin İrandan daha çox qaz almaq fikrində olduğunu deyib.

Onun sözlərinə görə görüşdə qazın qiyməti də müzakirə olunub.

Javad Zarif isə deyib ki, Türkiyə ilə iran “İslam Dövləti” qrupuna qarşı birgə mübarizə aparmalıdırlar.

Zarif Ankaraya avqustun 12-də gedib.