Rusiya millisində yeni baş məşqçi

Stanislav Cherchesov

Rusiyanın milli futbol komandasına yeni baş məqşçi təyin edilib.

Qərar Rusiya Futbol İttifaqı İcraiyyə Komitəsinin avqustun 11-də keçirilən iclasında qəbul olunub.

Stanislav Çerçesovla 2 illik müqavilə imzalanıb.

Rusiyanın Futbol İttifaqı məlumatı təsdiqləyib.

Xatırladaq ki, 52 yaşlı məşqçi bunadək “Terek”, “Amkar”, “Dinamo” və Polşanın “Legiya” klublarını çalışdırıb.