Azərbaycanlı cüdoçusu olimpiya çempionuna qalib gəldi

Foto arxiv

Azərbaycanlı cüdoçusu Elmar Qasımov Rio-2016 Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov yarışa 1/16 final mərhələsindən başlayıb. O, rusiya idmançısı, Londonda keçirilən Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionu Taqir Xaybullayevi məğlub edərək 1/8 finala çıxıb.

Elmar Qasımov bu mərhələdə əlcəzairli Lyes Bouyakubla qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:38-də başlamalıdır.