“Qəbələ”-“Maribor” oyununun yeri dəyişdi

Foto arxiv

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qəbələ”- “Maribor” oyununun yeri dəyişdirilib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, oyun nəzərdə tutulduğu kimi 8-ci kilometr qəsəbə stadionunda keçirilməyəcək.

Stadionun ot örtüyü pis olduğundan, "Qəbələ" orada oynamaqdan imtina edib.

Görüş böyük ehtimalla “Dalğa Arena”da keçiriləcək.

Qeyd edək ki, avqustun 18-də keçiriləcək “Qəbələ” – “Maribor” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.