Bakıda iki intihar olayının baş verdiyi deyilir

-

Avqustun 9-da Bakıda iki intihar olayının baş verdiyi bildirilir.

Report-un xəbərinə görə, Sabunçu rayonunda 15 yaşlı gənc canına qııyb.

Olayın Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsi ev 113 ünvanında yerləşən avtotəmir sexində baş verdiyi bildirilir. 2001-ci il təvəllüdlü Teymur Həsənlinin tavandan asılmış meyiti aşkarlanıb.

Digər intihar olayının Bakı Dövlət Universitetinin Yasamal rayonundakı yataqxanasında baş verdiyi bildirilir. Bakı sakini, 56 yaşlı Mütəllim Rəhimovun da yataqxananın istifadəsiz otaqlarından birində asılmış meyiti aşkarlanıb.

Hüquq mühafizə qurumları hər iki olayın səbəblərini araşdırır.

Bəzi saytlar 15 yaşlı gəncin sevdiyi qızı görə canın qıydıqlarını iddiya edirlər.