Pogbanın transferi rekord vurdu

Paul Pogba

Fransalı futbolçu Poul Pogbanın “Yuventus”dan “Mançester Yunayted”ə keçməsi futbol tarixində ən bahalı transfer olub.

İngiltərə klubu buna görə, “Yuventus” a 2 il ərzində 105 milyon avro ödəyəcək.

Pogaba 5 ildən sonra yeni müqavilə bağlasa və ya bu müddət ərzində başqa kluba 50 milyon avrodan baha qiymətə satılsa, "Yuventus" daha 5 milyon avro qazanacaq.

Poqbanın özü isə yeni klubda həftəyə 250 min avro qazanacaq.

Bu transferin 20 milyon avrosu isə futbolçunun agenti Mino Rayola çataır.

Hər klubdan 10 milyon avro.