Azərbaycan cüdoçusu Rüstəm Orucov i.Rio-de Jane Olimpiya yarışlarında 1/16 finalda qazaxıstanlı Didar Həmzəni məğlub edib.
Qeyd edək ki, Orucov 1/8 finalda avstriyalı Jak Benstedlə qarşılaşıb və bu görüşdə qalib gələrək 1/4 finala çıxıb.
Bu dəfə Rütəm Orucov rəqibini 3 dəqiqə 3 saniyəyə ipponla məğlub edib.
Onun 1/4 finaldakı rəqibi macarıstanlı Mikloş Unqvari olub.
Bu görüşdə də Vaza-Ari xalı ilə qalib gələn Rüstəm Orucov yarımfinala çıxıb.
O yarımfinalda israilli Saqi Muki ilə görüşəcək.