Amerikalı üzgücü Maykl Felps ( Michael Phelps) Rioda keçirilən olimpiya yarışlarında öz rekordunu təzələyib.
Belə ki, ABŞ-ın üzgüçülük üzrə milli komandası Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında sərbəst üsulla 4x100 m. məsafəyə estafet yarışında birinci olub.
Maykl Felpsin yer aldığı ABŞ millisi 3 dəqiqə 9,92 saniyə nəticə göstərib.
Və beləliklə o olimpiadalarda qazandığı qızıl medalların sayına görə öz rekordunu yeniləyib.
Ümumilikdə isə onun hesabında 23 olimpiya medalı-19 qızıl, 2 gümüş və 2 bürünc var.
Üzgücü olimpiya oyunlarında 5-ci dəfədir ki, iştirak edir.
O ilk dəfə olimpiadaya 15 yaşında 2000-ci ildə Sidneydə qatılıb.
Yarışların ilk günündə hələ ki, ABŞ liderlik edir.
Ondan sonra Çin və Avstraliya gəlir. Rusiya hələ ki, 7-dir. Olimpiada avqustun 21-də başa çatacaq.