Meksikada baş verən sürüşmələrdə azı 40 nəfər ölüb

Foto arxiv

Meksikada baş verən sürüşmələr nəticəsində azı 40 nəfər ölüb.

Buna səbəb tropik Erl qasırğası olub.

Nəticədə ölkənin şərqindəki Puebla və Verakrus şəhərlərində daşqın və sürüşmələr baş verib.

Hakim dairələr azı 40 nəfərin öldüyünü bildirir.

Ən çox Huaçinanqo şəhərinə ziyan dəyib, 200-dən çox ev dağılıb.

Puebla ştatının qubernatoru təbii fəlakət zonasına baş çəkib.

Onun sözlərində görə, çayların səviyyəsi kritik həddə çatdığından yeni sürüşmələr baş verə bilər.

Qasırğa Meksikaya çatmazdən əvvəl Mərkəzi-Amerika dövləti olan Belizdən keçib.

Nəticədə ölkə paytaxtı və digər şəhərlərdə dağıntılar olub.

Amma itki barədə xəbər verilmir.

Avqustun 8-də Meksikanın qərbində isə Xaver qasırğası gözlənilir.

Bazar günü axşam qasırğanın sürəti saatda 80 km olub.

Proqnozlara görə o, cimərlik və kurortları ilə məşhur olan Cənubi Kaliforniya ştatından keçəcək.