Pakistanın cənub-qərbindəki Quetta şəhərində xəstəxana darvazası ağzında partlayış törədilib, azı 6 nəfər həlak olub.
Avqustun 8-dəki partlayışda bir neçə nəfər də yaralanıb. Hadisə bir hücumda öldürülmüş tanınmış vəkilin meyiti xəstəxanaya gətirilənsən sonra baş verib.
Xəstəxanaya hücuma görə məsuliyyəti götürən olmayıb.
Ölkənin cənub-qərbindəki Baluçistan vilayətində hökumətin sözçüsü deyib ki, təhqiqat aparılır.
Vəkil Bilal Kasi-nin qətli arxasında kimin durduğu da bəlli deyil. O, avqustun 8-də səhər tezdən, məhkəməyə gedərkən güllələnib.