-
Rusiyada müxalifətçi Maksim Reznik Sankt Peterburq Qanunvericilik Məclisinə təkrar seçilməkdən ötrü qeydiyyata alınmayıb.
Sankt Peterburqda seçki rəsmiləri avqustun 7-də qərar çıxarıb ki, Reznikin namizədlik üçün təqdim etdiyi imzaların 10 faizdən çoxu saxtadır.
Reznik sentyabr seçkilərində Artım Partiyasından tək mandat uğrunda mübarizə aparmaq istəyirdi.
Rəsmilərin bildirməsinə görə, ekspertlər Reznik-in təqdim etdiyi imzalardan çoxunun “bir əl”ə məxsus olduğunu müəyyənləşdirib.
Reznik-in hələ şansı var, Artım Partiyasından partiya siyahısı üzrə namizədliyini verə bilər.