Oleq Stepko gimnastikada final mərhələsində

Oleg Stepko, azərbaycanlı gimnast, Rio olimpiada iştirakçısı

«Rio-2016» Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Oleq Stepko 86.208 xal ilə finalda iştirak etmək hüququ qazanıb. O, kişilərin çoxnövçülük üzrə təsnifat yarışlarında iştirak edir.

AZƏRTAC-ın xəbərinə görə, finala vəsiqə qazanacaq gimnastların adı avqustun 7-i axşam proqramı üzrə təsnifat yarışları başa çatdıqdan sonra müəyyənləşəcək.

Avqustun 6-da Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları başlayıb. Azərbaycanı bu yarışlarda 56 idmançı təmsil edirdi. Onlardan artıq bir neçəsi müxtəlif yarışlar üzrə mübarizəni yarımçıq dayandırıb.

Oyunlar 17 gün davam etməlidir.