24 yaşlı köçkün qızın özünü asdığı deyilir

Foto illüstrasiya

Avqustun 6-da Bakıda intihar olayının baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, hadisə Xətai rayonundakı Qaçaq Nəbi küçəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Yataqxanada məskunlaşmış Zəngilan rayon sakini, 1992-ci il təvəllüdlü Tövə Məhərrəmovanın asılmış meyiti aşkarlanıb. Olayın, hələlik, səbəbi açıqlanmır.

İşi Xətai rayon Prokurorluğu araşdırır.