Gömrük rüsumları artırılıb

Nazirlər Kabineti

Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» qərarında dəyişikliklər edildiyi bildirilir.

«Report» xəbər verir ki, bu barədə Baş nazir Artur Rasizadə qərar imzalayıb.

Bu dəyişikliklərə əsasən, ölkəyə gətirilən saflaşdırılmamış mis; mis anodlar, mis, sink, qalay ərintilərinə görə rüsumların 10 faiz artırıldığı bildirilir.

Ancaq qərarda qiymətlərin ayrılıqda göstərilmədiyi qeyd edilir.

Qərarın bir aydan sonra qüvvəyə minəcəyi və 5 il dəyişdirilməyəcəyi bildirilir.