Ramil Şeydayevlə Emin Mahmudov Azərbaycan millisində

Foto arxiv

FIFA Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Trabzonspor"un futbolçusu Ramil Şeydayevlə bağlı müraciətini təmin edib.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Beləliklə Ramil Şeydayevin Azərbaycan millisində oynamasınaicazə verilib.

Qeyd edək ki, FİFAhəmçinin hazırda Portuqaliyanın “Boavişta” klubunun oyunçusu olan digər azərbaycanlı Emin Mahmudov barəsində də eyni qərar çıxarıb.

FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqına məlumat verib.

Qeyd edək ki, hər iki futbolçu Rusiya yetirmələridir.