Təyyarə yerə enərkən avtomobil yoluna çıxıb

Foto arxiv

Italiyanın Berqamo şəhərindəki hava limanında yük təyyarəsi yerə enərkən uçuş-eniş xəttindən çıxıb.

Bu şəhər Milanın 50 kilometrliyində yerləşir.

Yerli mətbuatın məlumatına görə Parisdən gələn Boeing 737-400 nəqliyyat təyyarəsi DHL şirkətinə məxasusdur.

Məlumata görə təyyarə yerə enərkən problem yaranıb və uçuş meydanının ətrafdakı hasarı yararaq, avtomobil yoluna çıxıb.

Hava limanı insidentə görə 3 saatlıq bağlanıb, sonradan iş tam bərpa olunub.

Təyyarədə 2 nəfər olub, heç kim xəsarət almayıb.

Hava limanında işin tam bərpasına baxmayaraq, sərnişinlərə reyslərin mümkün ləğvi və gecikmələr barədə məlumat almaq üçün hava şirkətlərinin nümayəndələrinə müraciət etmək məsləhət görülür.