Yerevanda yürüş iştirakçıları saxlanılıb

Polis aksiyaçıları saxlayır

Avqustun 5-nə keçən gecə Yerevandakı Azadlıq meydanında onlarla adam tutularaq polis bölməsinə aparılıb.

Adamların həbsi meydanda başa çatan yürüşdən sonra baş verib. Meydana doluşan «qırmızı beretlilər» yürüş iştirakçılarını polis maşınlarına basıb.

Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.

Saxlanılan gənclərdən bəziləri deyib ki, onlar yürüşdə iştirak etməsələr də, saxlanılıblar.

Ermənistanda polislə aksiyaçılar arasında toqquşma [Arxiv]

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda polislə aksiyaçılar arasında toqquşma olub- yaralılar var