Sankt-Peterburqda fasiləsiz işləyən mağazalardan birinin ətrafında 17 yaşlı Tacikistan vətəndaşının çoxsaylı bıçaq yarası və 2 barmağı kəsilmiş cəsədi aşkar edilib.
Onu xəstəxanaya çatdırsalar da həyatını xilas eləmək mümkün olmayıb.
Qətllə bağlı 16-18 yaş arası 2 oğlan və 15 yaşlı qız saxlanıb.
Polisin versiyasına görə qonşuluqda yaşayan gənc gecə vaxtı mağazaya gedərkən ona hücum edilib.
İstintaq gedir.