Çempionlar Liqasında mübarizəni dayandıran Azərbaycanın “Qarabağ” klubu mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Bu mərhələdə artıq “Qarabağ”ın 4 potensial rəqibi bəllidir.
Bunlar “Qarabağ” kimi Çempionlar Liqasından ayrılan Gürcüstanın “Dinamo” , Belarusun BATE , Norveçin “Rusenburq” və Serbiyanın “Srvena Zvezda” klublarıdır.
Qeyd edək ki, “Qarabağ”ın digər potensial rəqibləri isə Çempionlar Liqası III təsnifat mərhələsinin avqustun 3-də keçiriləcək cavab oyunlarından sonra bəlli olacaq.
Xatırladqaq ki, “Qarabağ” avqustun 2-də doğma meydanda Çexiyanın “Viktoriya” klubu ilə 1:1 oynadığından mübarizəni dayandırmalı oldu.
Çexiyada keçirilən ilk görüşdə hesab açılmamışdı.
Amma “Qarabağ” dünənki oyunda rəqib qapısından azı 3 top keçirə bilərdi, bunun üçün əla imkan var idi.
Qonaqlar hesabı oyunun 85-ci dəqiqəsində bərabərləşdirdi.