Avqustun 3-də ABŞ neftinin bareli son 3 ayda ilk dəfə olaraq 40 dollardan aşağı düşüb.
Birjalarda ABŞ nefti 39 dollar 51 sentə düşüb.
Ekspertlər ABŞ-ın neft anbarlarının dolduğunu deyirlər.
Wall Street Journal yazır ki, bir çox mütəxəssislər neftin barelinin 35 dolla düşəcəyini gözləyirlər.
Onlar buna səbəb kimi, ABŞ-da şist nefti, Liviyada isə neft hasilatının artmasını göstərirlər.
Bloombergin məlumatına görə, tələbatın azacıq artmasına baxmayaraq, son 5 illə müqaisədə orta hasilat 20 faiz artıb.