Qarabağda erməni əsgər ölüb

Qarabağda erməni əsgər

Dağlıq Qarabağda erməni hərbçi minaya düşüb.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, 20 yaşlı Gevorg Harutyunyan həlak olub.

Hadisə avqustun 2-də saat 15 radələrində qoşunların təmas xəttində yerləşən hərbi hissələrdən birində baş verib.

Hadisənin səbəbləri araşdırılır.

Erməni tərəfi avqustun 3-də Azərbaycan ordusunun atəşkəs rejimini 31 dəfə pozduğunu da bildirib.