Tony Bennett-in 90 yaşı tamam olur

Tony Bennett

Avqustun 3-ü amerikalı klassik pop və caz ifaçısı Tony Bennett-in 90 yaşı tamam olur.

Bennett karyerası boyu unudulmaz əsərlər yaradıb. Sonuncu dəfə 2014-cü ildə Lady Gaga ilə birlikdə «Cheek to Cheek» adlı ortaq albom çıxardıb.

Caz ustası Bennett 19-u «Grammy» və ikisi «Emmy» olmaqla, bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Dünya miqyasında 50 milyonluq albom satışı əldə edən Bennett həm də çəkdiyi rəsmləriylə məşhurdur. O, çəkdiyi əsərlərə Benedetto imzasını qoyur.