Dağıstanda baş verən partlayışda 23 nəfər yaralanıb

Foto arxiv

Dağıstandakı restoranlardan birində baş verən partlayışda azı 23 nəfər yaralanıb.

Yaralılardan bir neçəsi ağır vəziyyətdədir.

Dağıstanın daxili işlər nazirliyi bildirib ki, avqustun 1-də Mahaçqalada baş verən bu partlayışa səbəb restoranda qaz sızması olub.

Partlayış nəticəsində yanğın baş verməyib.