Suriyada həlak olan Rusiya hərbçilərinin sayı 19-a çatdı

Foto arxiv

Suriyada həlak olan Rusiya hərbçilərinin sayı 19 nəfərə çatıb.

Rusiyanın Mi-8 vertolyotu Suriyanın idlib şəhərində vurulması nəticəsində daha 5 Rusiya hərbçisi həlak olub.

İdlib əyaləti demək olar ki, Suriya hökumətinə qarşı vuruşan müxalifət qüvvələrinin nəzarətindədir.

Suriyalı hüquq müdafiəçiləri və yerli sakinlər dəfələrlə Rusiya ordusunu Hələbdəki yaşayış məhəllələrini bombalamaqda ittiham ediblər.

Vertolyotun kimlər tərəfindən vurulması hələ ki, bəlli deyil.

Rusiya Suriya müharibəsində prezidenti Bashar Assad rejiminin tərəfini saxlayır.