Braziliyanın "Palmeyras" klubunun futbolçusu Qabriel Jesus yeni mövsümdən İngiltərə Premyer Liqasında oynayacaq.
"Fox Sports" saytının məlumatına görə, onu "Mançester Siti" klubu alacaq.
Klub bunun üçün "Palmeyras"a 32 milyon avro ödəyəcək.
Yaxın günlərdə rəsmi açıqlama gözlənilir.
Qeyd edək ki, 19 yaşlı hücumçu "Palmeyras"da keçirdiyi 32 oyunda 14 qol vurub.