Fransa prezidenti milli qvardiya yaradılmasını göstəriş verib

Francois Hollande və Bernard Cazeneuve

Fransa prezidenti Francois Hollande əhalini terror təhlükəsindən qorumaq üçün milli qvardiya yaradılmasını göstəriş verib.

Yeni qvardiya mövcud polis və jandarm ehtiyatından yaradılacaq.

Bu barədə Fransanın “RFİ” radiosu xəbər verir.

Prezident qeyd edib ki, milli qvardiya mümkün qədər tez yaradılmalıdır.

Parlament prezidentin təşəbbüsünə bu ilin sentyabrında baxacaq.

Daxili işlər naziri Bernar Qaznöv (Bernard Cazeneuve) bundan əvvəl vətəndaşlarıehtiyatda olan polis qüvvələrinə qoşulmağa çağırmışdı.