Təyyarəyə Ronaldonun adı verildi

Foto arxiv

İrlandiyanın "Ryanair" hava şirkəti təyyarələrdən birinə Portuqaliya millisi və Madridin "Real" klubunun futbolçusu Cristiano Ronaldonun adını verib.

Kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, şirkət həmçinin Madeyra hava limanına Cristiano Ronaldonun adının verilməsi münasibəti ilə futbolçunu təbrik edib.

Qeyd edək ki, bu il Fransada keçirilən "Avro-2016"nın qalibi Portuqaliya millisi oldu.

Bu komandanın tarixində ilk belə uğurdur.