Ukrayna hakimiyyəti istintaqa gömək edənlərə mükafat ayırıb

Foto arxiv

Ukrayna hakimiyyəti jurnalist Pavel Sheremetin qətlinin araşdırılmasına kömək edən informasiyaya görə 8 min dollar mükafat vəd edib.

Bunu iyulun 26-da Ukraynanın daxili işlər naziri Arsen Avakov bəyan edib.

İstintaqın gedişində ukraynalı müstəntiqlərə ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşları kömək edir.

Pavel Sheremet iyulun 20-də öldürülüb.

Onun maşını səhər tezdən işə gedərkən yolda partlayıb.

Maşına bomba qoyulduğu bildirilir.

Bundan az sonra 1 qadının maşına bomba qoyduğunu göstərən video yayılıb.

Görüntünü müşahidə kameralarının çəkdiyi və qadının

ortağı olduğu bildirilir.

Əslən belarus olan Pavel Sheremet, Rusiya, Belarus və Ukrayna hökumətlərinin tənqidçisi kimi tanınırdı.