“Atletiko" Argentinadan yeni qapıçı aldı

Foto arxiv

İspaniyanın “Atletiko" klubu yeni qapıçı alıb.

Xarici idman portallarının məlumatına görə, klub argetinalı qapıçı Aksel Verneri transfer edib.

20 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb. Amma Argentinanın "Atletiko Rafael" klubundan transfer olunan Vernerin növbəti mövsümdən Portuqaliyanın "Rio Ave" klubunda icarəyə veriləcəyi gözlənilir.