Yeni mövsümdən Topaz Premyer Liqasında futbolçuların formalarında ad və ya soyadlar Azərbaycan dilində yazılacaq.
Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
O bildirib ki, qərar ictimaiyyətin qınağından sonra qəbul olunub və məcburidir.
Qeyd edək ki, formalarda soyadın ingilis dilində yazılması narazılıq doğurmuşdu.